Filtr

AĞDAĞ–divar metal profil (DU) 100x40 mm

2.32 AZN


Məhsul haqqında

AĞDAĞ–divar metal profil (DU) EN 14195:2014 standartına uyğun olaraq  müasir profiləymə dəzgahında lazımi formaya salınaraq hazırlanır.

Tətbiq sahəsi
AĞDAĞ–divar metal profilləri (DU) П–şəkilli formada olub C profillərinin düzgün istiqamətini müəyyən edir, həmçinin arakəsmə və karkasların arasında bəndləmələrin qurulması üçün istifadə olunur.
Məkanlararası arakəsmələrdə və AĞDAĞ gipskarton lövhələrinin divara vurulmasından öncə  karkasların qurulmasında istifadə olunur. Bir qayda olaraq müvafiq ölçülü C profilləri üçün yönləndirici rolunu oynayır.

İstifadə qaydası
Ağdağ – divar metal profilli (DU) Ağdağ – divar metal C profilləri ilə birlikdə quraşdırılır.

 

Texniki göstəricilər

Göstəricilər

Ölçülər

Ölçüləri, mm

50x40

65x40

75x40

100x40

Uzunluq, mm

3000 (sifarişə əsasən 6000-ə qədər)

Qablaşdırılma

Bağlama, 36 m


Tövsiyələr
Sinklənmış profillərin kəsilmə yerlərin korroziyadan əlavə vasitələrlə qorumağa ehtiyac yoxdur.

  • AĞDAĞ–divar metal profillərinin (DU) divarında dübellərin vurulmasıı üçün 8 mm-lik hazır deşiklərlə istehsal olunur ki, bu da profilin daşıyıcı özülə bərkidilməsi prosesini asanlaşdırır.
  •  Zərurət yarandıqda burğunun köməyi ilə dübellər üçün əlavə deşiklər açmaq olar.
  •  Müxtəlif konstruksiyaların quraşdırılması prosesində, DU AĞDAĞ–profilin (40 mm) divarının eni şurupların bağlanmasını asanlaşdırır.
  • AĞDAĞ– divar metl profili bütünlüklə qalınlığı 0,6 mm-dən az olmayan yüksək keyfiyyətli poladdan hazırlanır.  

Zəmanət və  texniki dəstək

  • texniki göstəricilərdə  qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  •  “Mətanət A" şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər  istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə  “Mətanət  A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; 
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
0 məhsul seçildi
Seçdiyiniz məhsulların siyahısı ilə tanış olmaq və sifarişi təstiqləmək üçün səbətə keçid edin.