
"AĞDAĞ Blokplaster" gips əsaslı inşaat materiallarının hörgü yapışdırıcısı (25 kq)
11.88 AZN
MƏHSUL HAQQINDA
Gip əsaslı ,materialın keyfiyyətini, istifadə imkanlarını, səthin hamarlığını artıran qatqılarla zəngin gips əsaslı təbii inşaat materiallarının hörülməsi üçün istifadə olunan birkomponentli ağ rəngli yapışdırıcıdır.
AZS 046 (TS 370), DİN 18180 standartlarına uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu məhsuldan:
daxili məkanlarda gips əsaslı təbii inşaat materiallarının hörülməsində gips əsaslı lövhə və plitələrin yapışdırılmasında;
səthlərdəki çatların və qopuqların doldurulmasında istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
- Tərkibindəki xüsusi kimyəvi qatqılar gips bloklar və digər gips əsaslı səthlər suyun vaxtından əvvəl sorulmasının qarşısını almaqla elastiklik yaradır.
- Högü işi tez və digər vasitələrə nisbətən tez başa gəlir.
- İstilik və nəm izoliyasiyalıdır.
- Yüksək səs izolyasiya qabiliyyətinə malikdir.
- Rahat işlənir, çatlamır, otaqlar nəfəs alır.
- Hiqroskopikdir.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının,blokların sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir.
Qarışığın hazırlanması.Təmiz plastik qaba su tökün, üzərinə lazım olan miqdarda AĞDAĞ blok plaster gips qarışığını əlavə edin. Hər kiloqram quru qarışıq üçün 0,6 və ya 0,65 l hesabı ilə su nəzərdə tutun. Mikser vasitəsilə onu bircins kütlə alınmasına qədər qarışdırın. Bundan sonra qarışığın özünə gəlməsi üçün 3-5 dəqiqə gözləyin və yenidən onu qarışdırın. Hazır olan qarışıq 80-100 dəqiqə müddətində işlədin.
Tətbiqi. Hazır AĞDAĞ blok plaster gips qarışığını hörgüdə istifadə olunan Ağdağ gips bloklarınin yan tərəflərinə eyni qalınlıqda çəkin.Əgər alt hissədə əyrilik olarsa, onda ilk sıra adi sement-qum qarışığı ilə tarazlanana qədər düzəldilməlidir.Sonrakı sıraların düzəlməsinə ehtiyac qalmır. İkinci və sonrakı sıraların düzülməsində yan calaqların sürüşməsinə riayət edin.
Tövsiyələr. AĞDAĞ BlokPlaster gips qarışığının istifadə olunduğu mühütin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı, yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
TEXNİKİ GÖSTƏRİCİLƏR
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C ÷ +300C |
İstifadə müddəti |
80-100 dəqiqə |
Su/quru qarışıq nisbəti |
6,0-6,5 litr su /10 kq quru qarışıq |
|
|
|
|
Möhkəmlik həddi: |
|
• əyilmədə |
2,7-3,2 MPa |
• sıxılmada |
5,5-6,0 MPa |
Quruma müddəti |
2-3 gün |
Qablaşdırma
|
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə |
SƏRFİYYAT
Birqat arakəsmənin quraşdırılması zamanı qarışığın sərfi
- 1 kvadrat metr lövhə üçün 1,5-dən 2,0 kq təşkil edir .
- divarlara elektrik avadanlıqlarının, vint və şurupların birləşmə yerlərinin bərkidilməsində 0,2- 0,3 kq;
- divar və tavandakı gips səthlərdə yaranan çatların və qopuqların təmirində 0,3- 0,4 kq.
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
XƏBƏRDARLIQLAR
- AĞDAĞ blok plaster gips qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- AĞDAĞ blok plaster gips qarışığı hazırlanarkən istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- AĞDAĞ blok plaster gips qarışığına sudan başqa heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50%±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
- Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!