"Siraz" gips (40 kq)

3.92 AZN


MƏHSUL HAQQINDA

Təbii gips daşının lazımi temperaturda bişirilməsindən alınan yüksək keyfiyyətli, ekoloji təmiz, ağ rəngli inşaat gipsidir. AZS 046 (TS 370) standartına uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

  • tikililərin daxilində inşaat məqsədilə;
  • lepka və paduqaların hazırlanılmasında;
  • gips lövhə və arakəsmə gips tavalarının hazırlanmasında istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

  • rahat hazırlanır və tətbiq olunur;
  • çatlamır;
  • möhkəmdir;
  • istiliyi və səsi izolyasiya edir;
  • temperatura davamlıdır və ekoloji cəhətdən təmizdir;
  • insan orqanizmi üçün zərərsizdir;
  • təbii gips parlaqlığına malikdir.

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. Lepka (dekorativ gips məmulatı) və paduqaları yapışdırmazdan əvvəl divar və tavan səthlərin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səthi yapışmağa mane olan qalıqlardan təmizlədikdən sonra hamar və düz səth almaq üçün AĞDAĞ astar və AĞDAĞ üzlük şpatklyovkalarından və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir məhsullarından divar və tavanın suvanmasında istifadə edilməlidir.

Qarışdırılması.10 kq-lıq Siraz gips –i 30 saniyə ərzində hissə-hissə 6,5-7,0 litr suya səpin və 2-3 dəqiqə ərzində xüsusi qarışdırıcı və ya əl aləti ilə qarışdırın.

Tətbiqi. Alınan qarışıqdan binaların daxilində inşaat məqsədi ilə, dekorativ gips məmulatların (lepka və paduqa) hazırlanmasında, arakəsmə gips tavaların və lövhələrin hazırlanmasında istifadə edin. Hazırlanmış qarışığı 8-10 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı istifadə etməyin.

Tövsiyələr. İstifadə zamanı mühitin və səthin temperaturu minimum +50C olmalıdır. Siraz gipsin istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır. Çirkli qablar və alətlər qarışığın işləmə müddətini qısaldır.

Dekorativ məmulatlar hazırlanarkən kəndir və ya süni liflərdən istifadə edilməsi tövsiyə olunur. Gipsin daxilinə kəndir və ya xüsusi liflər yerləşdirməklə məmulatların sınma və qırılma riskini azaltmaq mümkündür.

TEXNİKİ GÖSTƏRİCİLƏR

Rəngi

İstifadə temperaturu

+5C÷+300C

Bərkimə müddəti:

  • başlanğıc
  • son

 

8-12 dəqidə

17-22 dəqiqə

Yayılma miqyası

140 -180 mm

Su udma qabiliyyəti

34 - 38%

Su/gips nisbəti

6,5 -7,0 litr su/ 10 kq gips

Quruma müddəti

təqribnən 1 gün

Möhkəmlik həddi:
-əyilmədə
-sıxılmada


4,5-5,5 MPa
10,5 MPa

  • quru halda məhsulun tökmə sıxlığı
  • istifadəyə hazır məhlulun sıxlığı

0,64 kq/ litr
1,48 kq/ litr

Səthin möhkəmliyi

125 -130 Shore D

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

SƏRFİYYAT

Sərfiyyatı dəyişkəndir. İstifadə zamanı itkinin olmamasına görə eyni çəkili digər gipslərlə müqayisədə quru litrə ağırlığı az olduğuna görə Siraz gips daha məhsuldar olub, 5% daha artıq lepka və paduqa hazırlamağa imkan verir. Bu da 100 kisə 30 kq-lıq Siraz gips üçün 150 kq qənaət deməkdir.

SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.

XƏBƏRDARLIQLAR

  • Siraz Gips istifadə olunan zaman suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • gipsə sudan başqa heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

  • Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
0 məhsul seçildi
Seçdiyiniz məhsulların siyahısı ilə tanış olmaq və sifarişi təstiqləmək üçün səbətə keçid edin.