"Ak Deniz" gips suvağı (30 kq)
4.67 AZN
MƏHSUL HAQQINDA
Mala ilə vurulur.
Gips əsaslı Akdeniz Gips suvağı istifadə imkanlarını artıran qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən, sement və qum əsaslı suvağı və gips əsaslı astar suvaq qatını əvəz edən qənaətcil, universal suvaq qarışığıdır.
AZS 052 (TS 6433) standartına uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu məhsuldan:
- sənaye və mülki tikililərdə kərpic, mişar daşı, briket (kərpic şəklində preslənmiş kömür, torf, filiz ),
- beton və qazbetonla hörülmüş divarların və tavanların suvaq malası vasitəsilə yüksək keyfiyyətlə suvanmasında istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
- böyük həcmli səthlərdə istifadə zamanı təmir daha ucuz və tez başa gəlir;
- eyni zamanda ustanın işini yüngülləşdirir və vaxta qənaət olunur;
- rahat işlənir, çatlamır, otaqlar nəfəs alır;
- işləmə zamanı ustaya xüsusi zövq verir;
- ekoloji cəhətdən faydalıdır;
- PVA qatılmır;
- sement və qum əsaslı suvaqlarla müqayisədə tikililərin yükünü azaldır.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. Səthin möhkəm olmasına diqqət etməli və səth yapışmağa mane olan qarışıqlardan (toz, yağ və s.) təmizlənməlidir. Akdeniz Gips suvağının hazırlanacağı qablar təmiz olmalıdır. İsti havada künclərdə qırılmaların olmaması və künclərin düz və dəqiq olmasından ötrü divar künclərinə xüsusi "künc profilləri" (köşe profili) yerləşdirilməlidir. Müxtəlif materialların birləşdiyi və hərəkətə məruz qala biləcək yerlərə plastik "suvaq toru" (suvaq filesi) vurulur. Əgər səth qəlibdən çıxan beton kimi hamardırsa, onu nahamar etməkdən ötrü səthi baltalamaq və s. kimi köhnə və kustar metodlardan istifadə etməyə ehtiyac yoxdur. Gələcəkdə qopma hallarının olmaması üçün belə səthləri girintili-çıxıntılı etməkdən ötrü təbii səth ilə suvaq arasında ikitərəfli kontakt yaradan PARAKONTAKT və ya digər oxşar məhsuldan suvaq vurulmazdan ən azı 24 saat əvvəl səthə çəkmək lazımdır. Metal səthlərə Akdeniz Gips suvağı vurulmamışdan öncə səth ROKOL Antipas məhlulu və ya digər oxşar məhsulla paslanmadan qorunmalıdır.
Qarışığın hazırlanması.10 kq-lıq toz şəklindəki Akdeniz Gips suvağı 5,5-6,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra su ilə tam həll olunana qədər qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Akdeniz Gips suvağı hazır olduqdan sonra ona yenidən quru qarışıq və ya su əlavə etməyin. Akdeniz Gips suvağına sudan başqa heç bir əlavə material və ya maddə qatmayın.
TƏTBİQİ
Hazır astar suvağını hörülmüş divara və tavana (yəni qum-sement qarışığı ilə suvanmamış) birbaşa vurun (adi qum-sement ilə suvanmış divar və ya tavanın üzərinə Akdeniz Gips suvağını vurmaq olar, ancaq qum-sement suvağı sağlamlığa zərərli və təmir xərcləri yüksək olduğundan onun üzərinə vurulması tövsiyə edilmir). Adətən Akdeniz Gips suvağı səthə ən azı 0,8-1,0 sm qalınlığında çəkilir. Səthin tipindən asılı olaraq Akdeniz Gips suvağının vurulma mərhələsi bitəndən 24 saat sonra əgər ehtiyac yaranarsa, Akdeniz Gips suvağı və Üzlük alçı qarışığından hazırlanmış qarışıq səthə çəkilə bilər. Bu qarışığı hazırlayarkən qarışığın tərkibində 85% Akdeniz Gips suvağı, 15 % isə Üzlük alçının olması məsləhət görülür. Əvvəlki mərhələdən təxminən 24 saat sonra üzlük qarışıq hazırlanıb səthə çəkilir. Hazırlanmış Akdeniz Gips suvağı 100-120 dəqiqə, üzlük qarışığı isə 130-150 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq atılmalıdır.
TÖVSİYƏLƏR
Akdeniz Gips suvağının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə edilməməlidir. Qarışdırma işində istifadə olunacaq bidon və avadanlıq hər zaman təmiz olmalıdır. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır.
TEXNİKİ GÖSTƏRİCİLƏRİ
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C ÷+300C |
Tətbiq qalınlığı:
|
8-10 mm 35 mm |
İstifadə müddəti |
130-150 dəqiqə |
Donma (bərkimə) müddəti |
280 dəqiqə |
Su/gips nisbəti |
5,5-6.0 litr su/10 kq |
Quruma müddəti |
təqribən 3-4 gün |
Möhkəmlik həddi:
|
2,0 MPa 4,1 MPa |
|
0,73 kq/litr 1,60 kq/ litr |
Səthin möhkəmliyi |
54 Shore D |
Qablaşdırma |
30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 30 kq-lıq kisələrdə |
SƏRFİYYATI
Akdeniz Gips suvağından istifadə zamanı 1 m2 sahədə minimum 8-10 mm qalınlıq üçün sərfiyyat 9 kq-dır. 1 kisə Akdeniz Gips suvağı (30 kq-lıq) təxminən 3 m2 səth almaq üçün kifayət edir.
SAXLAMA MÜQQDƏTİ VƏ QAYDASI
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.
XƏBƏRDARLIQ
- istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- astara sudan başqa heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!