"Ak Deniz Sıva" gips və perlit əsaslı astar şpaklyovkası (alçı) (30 kq)

5.87 AZN


MƏHSUL HAQQINDA

Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlitli astar suvağıdır.

AZS 052 (TS 6433) standartına uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

  • binaların daxilində beton, qazbeton, mişar daşı, kərpic, briket (preslənmiş kömur, torf və s.) və digər materiallardan hörülmüş divarların sement və qum qarışığı ilə suvanmış səthlərində;
  • sənaye və mülki tikililərin, mehmanxanaların, xəstəxanaların və villaların daxili divarlarının suvanmasında istifadə olunur.

İSTİFADƏ QAYDASI

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret 300 və ya 400 təmir qarışığı ilə və ya standartlara uyğun digər məhsulla doldurulmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli və ya ROKOL astarla və ya standartlara uyğun digər məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 10 kq-lıq quru qarışığı 5,5-6,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda hissəciklər tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Astar hazır olduqdan sonra ona yenidən quru qarışıq və su əlavə etməyin.

Tətbiqi. Hazır AKDENİZ sıva məhsulunu sement və qum əsaslı suvaqla suvanmış səthə vurun. Astar suvağı səthə ən azı 3-5 mm qalınlığında çəkin. Səthin tipindən asılı olaraq AKDENİZ sıva məhsulunun sərfi dəyişə bilər. Astar suvağın vurulma mərhələsi bitəndən 24 saat sonra üzlük şpatklyovkadan hazırlanmış qarışıq səthə çəkilə bilər. AKDENİZ sıva məhsulu 90-120 dəqiqə  ərzində  işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə  yararsızdır.

Tövsiyələr. Astar suvaq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlanmasında istifadə olunan bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək lazımdır. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır. 

TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Rəngi

ağ 

İstifadə temperaturu

+50C ÷+300C

Minimum tətbiq qalınlığı

3 mm

İstifadə müddəti

90 - 120 dəqiqə

Bərkimə  müddəti

200 - 220 dəqiqə

Su/gips  nisbəti

5,5-6,0 litr su /10 kq gips

Quruma müddəti

təqribən  2-3 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

1,7 MPa

3,8 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,7 kq/ litr

1,5 kq/ litr

Səthin möhkəmliyi

50 Shore D

Sərfiyyat

4-5 kq/m2

Saxlanma müddəti

6 ay

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə,   2 və ya 3 qatı kraft kağızı  və 1 qatı polietilendən ibarət 30 kq-lıq  kisələrdə

 

 XƏBƏRDARLIQLAR

  • istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • astar alçıya sudan başqa heç bir əlavə maddə qatmayın;  
  • yuxarıdakı göstəricilər +230C±20C  temperatur və  50% + 5%  rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur.  Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.
0 məhsul seçildi
Seçdiyiniz məhsulların siyahısı ilə tanış olmaq və sifarişi təstiqləmək üçün səbətə keçid edin.