"AĞDAĞ DİREK Saten" gips və perlit əsaslı astar suvağı

6.15 AZN


MƏHSUL HAQQINDA

Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır. AZS 046 (TS 370) standartına uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

Bu məhsuldan:

  • binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi;
  • beton, qazbeton, kərpic, briket (kərpic şəklidə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, AĞDAĞ direk suvağı ilə suvanmış, yaxud gips lövhələrin (tavan və divar) üzərində incə suvaq kimi istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

  • AĞDAĞ Direk saten düz, hamar, qüsursuz və parlaq səth əmələ gətirir;
  • tozlanma ehtimalı yoxdur;
  • ekoloji cəhətdən təmizdir;
  • insan orqanizmi üçün zərərsizdir;
  • rahat hazırlanır və tətbiq olunur;
  • PVA yapışqanları və digər əlavələr qatılmır;
  • istifadə zamanı yerə tökülmür, ustaya estetik zövq verir;
  • çatlamır;
  • möhkəm və elastikdir.

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Saten çəkilməzdən əvvəl səth AĞDAĞ direk və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə suvanmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla nəmləndirilməlidir.

Qarışığın hazırlanması. 10 kq-lıq AĞDAĞ Direk sateni  6,5-7,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Üzlük qarışıq suda tam qarışdıqdan sonra ona yenidən əlavə olaraq quru qarışıq və su qatmayın.

Tətbiqi. Hazır AĞDAĞ Direk saten qarışığını AĞDAĞ Direkle suvanmış divar səthinə və ya tavana mala ilə çəkin. Hazırlanmış qarışığı 130-150 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.

Tövsiyələr. AĞDAĞ Direk saten qarışıq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyə olunur. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir.

TEXNİKİ GÖSTƏRİCİLƏR

Rəngi

İstifadə temperaturu

+50C ÷ +300C

Minimum tətbiq qalınlığı

1 mm

İstifadə müddəti

130-150 dəqiqə

Donma (bərkimə) müddəti

300-320 dəqiqə

Su/gips nisbəti

6,5 -7,0 litr su /10 kq gips

Quruma müddəti

təqribən 2 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

2,4 MPa

4,7 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,72 kq/ litr

1,5 kq/ litr

Səthin müqaviməti

57 Shore D

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə,
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət
25 kq-lıq kisələrdə

SƏRFİYYAT
AĞDAĞ Direk Saten qarışığından istifadə zamanı 1 mm qalınlığında hamar və düzgün səth əldə etmək üçün 1 kq məhsul sərf olunur. 1 kisə AĞDAĞ Direk saten qarışığı 30 m2 hamar səth almaq üçün kifayət edir.

SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.

XƏBƏRDARLIQLAR

  • istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • məhsula sudan başqa heç bir maddə qatmayın;
  • PVA qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
0 məhsul seçildi
Seçdiyiniz məhsulların siyahısı ilə tanış olmaq və sifarişi təstiqləmək üçün səbətə keçid edin.